Xəzər Xəbər

İngiltərədə YENİ “MÜHARİBƏ” Bunu unutmayacam!

İdman | 10:59 • 11 Yanvar 2018
İngiltərədə YENİ “MÜHARİBƏ”

"Çelsi”nin baş məşqçisi Antonio Konte ilə "Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyo arasında söz müharibəsi davam edir.

Konte Mourinyonun onu ciddi ittihamlarla günahlandırdığını bildirib. İtalyan mütəxəssis növbəti dəfə bu məsələyə münasibətini açıqlayıb:

"Mourinyo məni ciddi ittihamlarla günahlandırıb. Bunu heç vaxt unutmayacam”.

Portuqal mütəxəssis əvvəlcə Konteni oyun zamanı klounluq etməkdə günahlandırmışdı. Konte cavabında "Mourinyo keçmişinə baxsın” demişdi. Ardınca Joze italyanı oyun alqı-satqısında ittiham etmişdi./publika.az

Xəbər lenti