Xəzər Xəbər

“Qarabağ” Ndlovunu satdı: 750 min avro qazandı

İdman | 12:01 • 10 Yanvar 2018
“Qarabağ” Ndlovunu satdı:

"Qarabağ” cənubi afrikalı forvardı Dino Ndlovunu satıb.

Hücumçu Çinin "Xançjou Qrintaun” klubuna transfer olub.

Ağdam təmsilçisi bu keçiddən 750 min avro qazanıb.

Ndlovu "Qarabağ”ın Antalyadakı təlim-məşq toplanışına qatılmayıb.

O, C.Afrikanın Yohannesburq şəhərindən birbaşa Çinə uçacaq.

Qeyd edək ki, Ndlovu 2016-cı ildən "Qarabağ” forması geyinirdi.

Xəbər lenti