Xəzər Xəbər

Fatih Terimdən gecə yarısı Ünal Aysala cavab

İdman | 11:58 • 10 Yanvar 2018
Fatih Terimdən gecə yarısı Ünal Aysala cavab

Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terim televiziya kanalında müsahibə zamanı klubun keçmiş prezidenti Ünal Aysalın onunla bağlı açıqlamalarına "Twitter" səhəfəsindən cavab verib.

Fatih Terim "Twitter" hesabından verdiyi açıqlamada belə deyib:

"Dəyərli "Qalatasaray"lılar. Bir müddətdir ki, daxilimizdəki və kənardakı bəzi şəxslərin vəsilə olduğu həqiqətdənkənar iddia, şərh, xəbər və ittihamları eşidirəm. Bütün enerjimi, həvəsimi, həyəcanımı, uğur istəyimi və əməyimi, ikinci mövsüm hazırlıqları üçün çətin bir yola çıxdığımız komandamıza ayırır, boşa zaman xərcləmək istəmirəm. Hər kəs rahat olsun".

Qeyd edək ki, Fatih Terimin müqavilələrin imzalanması mərasimində söylədiyi, ""Harada qalmışdıq?", - deyə sual versəniz, "məşqdə qalmışdıq", - deyərəm" ifadəsi barədə danışan Ünal Aysal, Terimlə yollarını özlərinin ayırmadığını deyib.

Aysal təcrübəli baş məşqçinin Milli Komandanı seçdiyini söyləyib və ayrılıq qərarının məşqdən əvvəl verildiyini vurğulayıb.

Xəbər lenti