Xəzər Xəbər

Prosineçki "Qarabağ"ın futbolçusunu milliyə dəvət etdi

İdman | 18:09 • 9 Yanvar 2018
Prosineçki "Qarabağ"ın futbolçusunu milliyə dəvət etdi

Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinə dəvət alıb.

Hazırda Bosniya və Herseqovina yığmasını çalışdıran millimizin sabiq baş məşqçisi Robert Prosineçki Şehiçə milliyə çağırıb. Xorvat mütəxəssis ABŞ-da təşkil ediləcək təlim-məşq toplanışı üçün 28 futbolçuya dəvət göndərib ki, onlar arasında Şehiçin də adı var.

Qeyd edək ki, Bosniya və Herseqovina millisi yanvarın 28-də ABŞ, 3 gün sonra isə Meksika yığması ilə qarşılaşacaq.

Xəbər lenti