Xəzər Xəbər

Səmədovun adı dopinq qalmaqalında hallanır

İdman | 17:20 • 9 Yanvar 2018
Səmədovun adı dopinq qalmaqalında hallanır

Rusiya millisinin üzvü Aleksandr Səmədovun adı dopinq qalmaqalında hallanır.Qol.az-ın məlumatına görə, Ümumdünya Dopinq Agentliyinin Soçi Olimpiadası zamanı yaşanan qalmaqalla bağlı açıqladığı hesabatın ikinci hissəsində 19 rus futbolçu arasında Azərbaycan əsilli yarımmüdafiəçinin də adı yer alıb.

Səmədovdan başqa, siyahıda İqor Akinfeyev, Sergey İqnaşeviç, George Şennikov, Alan Dzaqoyev, Viktor Fayzulin, Aleksandr Kokorin, Yuri Lodıgin, Oleq Şatov, Yuri Jirkov, Denis Qluşakov, Dmitri Kombarov, Aleksandr Səmədov, Vladimir Qranat, Maksim Kanunnikov, Aleksey Kozlov, Pavel Mogilevets, Andrey Semyonov, karyeralarını başa vurmuş Aleksandr Kerjakov və Roman Şirokov da var.

Qeyd edək ki, dopinqə "ilişən” futbolçuların adlarını "Sport i spletni” kanalı açıqlayıb.

Xəbər lenti