Xəzər Xəbər

Türkiyədə ilin transferi reallaşır

İdman | 16:31 • 9 Yanvar 2018
Türkiyədə ilin transferi reallaşır

Cenk Tosunu rekord qiymətə "Everton"a satan "Beşiktaş" "Arsenal"ın futbolçunu transfer etmək istəyir. İstanbul klubu Oliver Qiroudla danışıqlara başlayıb.


İngiltərə mətbuatının məlumatına görə, son dövrlər "Arsenal"da heyətə düşməkdə çətinlik çəkən fransız forvard "DÇ-2018"ə getmək şansını itirməmək üçün daimi oynaya biləcəyi kluba getmək istəyir. Bu səbəbdən də "Beşiktaş"ın təklifinə müsbət yanaşır.


Artıq klub prezidenti Fikret Orman onunla görüşərək təklifini irəli sürüb.


Qeyd edək ki, Oliver Qiroud "Arsenal"a 2012-ci ildə "Monpelye"dən 12 milyon avroya transfer olunub. Hazırda "Tranfsermarkt"ın 20 milyon avro qiymət qoyduğu 31 yaşlı forvard cari mövsümdə 25 rəsmi oyuna çıxaraq 7 qol vurub./fanat.az

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti