Xəzər Xəbər

“Milan”ın yeni hədəfi türk ulduz oldu

İdman | 14:33 • 9 Yanvar 2018
“Milan”ın yeni hədəfi türk ulduz oldu

İtaliya A seriyasının ən güclülərindən olan "Milan” "Beşiktaş”ın kapitanı Oğuzhan Özyakupu transfer etmək niyyətindədir.

Bu barədə "NTV Spor” nəşri məlumat yayıb.

Məlumata görə, İtaliya klubu mövsümün sonunda müqavilə müddəti bitən kapitan üçün "Beşiktaş”a müraciət yollayıb.

"Milan” 25 yaşlı futbolçunu ödənişsiz formada heyətinə qatmağı düşünür. Lakin "Beşiktaş” Oğuzhan üçün 10 milyon avro tələb edir.

Bu mövsüm ağ-qara forma ilə 13 matça çıxan O.Özyakup 86% dəqiq pas ötürməsi və 2 məhsuldar ötürmə edib.

Onun hazırki klubu ilə müqaviləsi bu ilin may ayında başa çatacaq.

Qeyd edək ki, kapitan mətbuat konfransında "Beşiktaş”ın ailəsi olduğunu və başqa bir komandada oynamaq istəmədiyini bildirmişdi./publika.az

Xəbər lenti