Xəzər Xəbər

Arda Turanla bağlı SON İKİ GÜN

İdman | 14:28 • 9 Yanvar 2018
Arda Turanla bağlı

"Başakşəhər” klubunun prezidenti Göksəl Gümüşdağ Arda Turanla görüşüb.

Prezident ulduz futbolçuya "biz sənin üçün hər cür fədakarlıq etməyə hazırıq, bəs sən tarix yazmağa varsanmı” sualını verib.

Arda isə cavabında "mən bu mübarizədə fərd kimi iştirak edəcəyəm və güvəninizi boşa çıxarmayacağam” deyib.

Daha sonra klub prezidenti futbolçuya "Başakşəhər”in daxilindəki münasibətlərdən danışıb. O, komandaya transfer etdiyi heç bir futbolçuya görə peşman olmadığını da qeyd edib. G.Gümüşdağ "Başakşəhər”də ulduzu parlayan Adebayor və Volkan Babacanı Ardaya misal çəkib və onun da digərləri kimi ikinci bahar yaşayacağını bildirib.

Qeyd edək ki, "Barselona” ilə müəyyən maddələrdə razılığa gəlməyi bacaran Super Liqa lideri futbolçunun maaşının yarı-yarıya verilməsi mövzusunda da razılıq əldə edərsə, 2 gün ərzində transfer müqavilə imzalanacaq.

Xəbər lenti