Xəzər Xəbər

İlin ən yaxşı məşqçisi seçildi

İdman | 10:37 • 9 Yanvar 2018
İlin ən yaxşı məşqçisi seçildi

"Real”ın baş məşqçisi Zinəddin Zidan "France Football”-un versiyasına görə 2017-ci ilin ən yaxşı məşqçisi seçilib.

45 yaşlı mütəxəssis ardıcıl ikinci dəfə nəşr tərəfindən ilin məşqçisi elan edilib.

2016-cı ilin əvvəlindən "Real”a başçılıq edən Zidan ilk mövsümdə kluba Çempionlar Liqası, UEFA Superkuboku və dünya klub çempionatında qələbə qazandırıb.

2016/17 mövsümündə madridlilər Çempionlar Liqası, İspaniya çempionatı və Superkuboku, UEFA Superkuboku və dünya klub çempionatının qalibi olublar./publika.az

Xəbər lenti