Xəzər Xəbər

Bu futbolçu üçün "Real"dan 300 milyon avro istədilər

İdman | 18:01 • 8 Yanvar 2018
Bu futbolçu üçün "Real"dan

"Real" uzun müddətdi "Tottenhem"dən Harri Keyni transfer etmək istəyir. "Daily Mirror" transferin indiyədək baş tutmamasının səbəbini açıqlayıb.


İddiaya görə, buna "Tottenhem"in transfer üçün istədiyi avtronomik məbləğ səbəb olub. Belə ki, İngiltərə klubu "Real"dan 24 yaşlı futbolçu üçün 300 milyon avro tələb edib.


Qeyd edək ki, "Transfermarkt"ın 120 milyon avro qiymət qoyduğu Keyn bu mövsüm meydana çıxdığı 26 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə edib./fanat.az

Xəbər lenti