Xəzər Xəbər

Beşiktaş Tosunun yerini doldurmağa gecikmədi

İdman | 15:05 • 8 Yanvar 2018
Beşiktaş Tosunun yerini doldurmağa gecikmədi

Türkiyəni Çempionlar Liqasında uğurla təmsil edən "Beşiktaş” mövsümün ikinci transferini gerçəkləşdirib.

"Ağ-qaralar” "Orlando Siti”də forma geyinən kanadalı hücumçu Kayl Larinlə 3+1 illik müqavilə imzalayacaq. 22 yaşlı futbolçunun iki gün sonra məşq düşərgəsinə qatılacağı gözlənilir.

Qeyd edək ki, K.Larin 2017 mövsümündə 17 matça çıxaraq 8 qol vurub. Hündür boyu və cüssəsi sayəsində rəqiblərinə mane olmağı rahatlıqla bacarır.

K.Larini "Beşiktaş” rəhbərliyinə Kanada Milli Komandasında yoldaşı olan Atiba Hatçinson tövsiyə etmişdi./publika.az

Xəbər lenti

Çox oxunanlar