Xəzər Xəbər

Arda Turan OD PÜSKÜRDÜ: "Məni rahat buraxın"

İdman | 14:28 • 8 Yanvar 2018
Arda Turan OD PÜSKÜRDÜ:

Son günlərdə "Barselona"dan ayrılaraq Türkiyənin "Başakşehir" klubu ilə müqavilə imzaladığı deyilən Arda Turan gündəmdən düşmür. Futbolçu kariyerası haqqında yalan-yanlış xəbərlər yazan saytları tənqid edib.

Futbolçu Arda Turan Türk mətbuatında yayımlanan xəbərlərdən hiddətlənib. "Mən heç vaxt Terim ilə işləmərəm" başlıqlı xəbərə aydınlıq gətirib.

Təcrübəli futbolçu özünün "tvitter" səhifəsində yazıb: "Mətbuatda yayılan xəbərlər yalandır, iftiradır. Mən elə açıqlama verməmişəm. Əziz böyüyüm Mehmet Ağarla bizim aramızda belə bir danışıq olmayıb. Bu, sizin xəyal dünyanızın məhsuludur. Reytinq uğruna yaydığınız yalan-yanlış xəbərləri lütfən özünüzə saxlayın və məni rahat buraxın".

Xəbər lenti