Xəzər Xəbər

“Liverpul” Kutinyonun formalarını geri yığır

İdman | 13:08 • 8 Yanvar 2018
“Liverpul” Kutinyonun formalarını geri yığır

"Liverpul” azarkeşlərinə müraciət göndərib.

Klub azarkeşlərdən 160 milyon avro qarşılığında "Barselona”ya satdığı Filip Kutinyonun formalarını geri qaytarmalarını istəyib.

Klubdan verilən açıqlamada 2017-2018 mövsümünə aid Kutinyonun adının yazıldığı formaları geri qaytaran hər kəsə 50 pound dəyərində ödəniş ediləcəyi bildirilib. İstəyə uyğun olaraq formanı geri qaytaran azarkeşlər digər formaları alarkən 50 pound güzəşt əldə edəcək. Avropada ilk dəfə həyata keçiriləcək belə bir tətbiq 13-31 yanvar tarixlərində qüvvədə olacaq.

Xatırladaq ki, Kutinyonun transferindən sonra bəzi azarkeşlərin onun adının olduğu formaları yandırmışdı.

Qeyd edək ki, Liverpulun satış mağazalarında formalar 68 pounda satılır. Üzərində Çempionlar Liqasının emblemi olan formaların qiyməti isə 75 pounddur.

Xəbər lenti