Daxili İşlər Nazirliyi Goranboyda baş vermiş qətl hadisəsi barədə məlumat yayıb.
Polis
və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və
əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Goranboy
rayonunun Dəliməmmədli şəhərində rayon sakinləri Zülfi Cəbrayılovu qətlə
yetirməkdə, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hətami və
Nicat Əliyevə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən
Saləddin Quliyev və qrupun digər üzvü - Daşkəsən rayon sakini Rəvan
İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər.
*** Goranboy rayonunda bir nəfərin ölümü, 4 nəfərin bıçaqlanmsı ilə nəticələnən kütləvi davanın səbəbi məlum olub. Rayonun Dəliməmmədli şəhərində
yerləşən "Kral" marketə bir qrup şəxs hücum edib. Bu zaman marketin
əməkdaşları ilə hücum edən şəxslər arasında mübahisə yaranıb. Mübahisə
zamanı marketə hücum edən şəxslər oradakı əməkdaşlardan 5 nəfərini
bıçaqlayıblar. Bıçaqlanan şəxslərdən biri - Dəliməmmədli şəhər sakini,
1996-cı il təvəllüdlü Zülfüqar Əbili oğlu Cəbrayılov Abbas Səhhət adına
Xəstəxanaya aparılarkən yolda ölüb. Ağır bıçaq yarası alan digər 4 nəfər
- 1995-ci il təvəllüdlü Hətami Anar Azad oğlu, 1993-cu il il Nicat
Əliyev, 1995-ci il təvəllüdlü Zeynalabdin Həsənov və 1993-cü il
təvəllüdlü Fəxrəddin Məmmədov Gəncə şəhərindəki xəstəxanalara
yerləşdiriliblər.
Məlumata görə, hadisə marketə hücum edən şəxslərdən birinin orada işləyən qadına əxlaqsız təklif etməsi üstündə baş verib.
İlkin
məlumata görə, hadisəni Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü
Rəvan Şəfran oğlu İsmayılov bir neçə nəfərlə əlbir olaraq törədib.
Faktla
bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir
qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya
cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 29,120.2.2
(xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya
daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb,
araşdırmalar davam etdirilir.