Xəzər Xəbər

"Qarabağ" Dinonu satmağa razılıq verdi İDDİA

İdman | 18:08 • 21 Dekabr 2017
"Qarabağ" Dinonu satmağa razılıq verdi

"Qarabağ”ın cənubi afrikalı hücumçusu Dino Ndlovu gələn ay Çinin "Xançjou Qrintaun” klubu ilə müqavilə imzalaya bilər.

Belə bir iddia ilə Cənubi Afrika mətbuatı çıxış edib. Bildirilir ki, Ağdam klubu forvardın keçidinə razılıq verib. Tərəflər 750 min avroya razılaşıblar.

Həmçinin məlumatda Ndlovunun iki illik sözləşməyə qol çəkəcəyi qeyd olunub.

Xatırladaq ki, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Dino Ndlovu üçün Çin klubundan təklif aldıqlarını təsdiqləmişdi./sportal

Xəbər lenti