Xəzər Xəbər

"Bavariya"dan rəsmi transfer

İdman | 16:43 • 21 Dekabr 2017
"Bavariya"dan rəsmi transfer

"Bavariya"nın qış transfer pəncərəsində heyətinə qatdığıilk futbolçu bəlli olub.

Münhen klubu "Hoffenhaym"ın forvardı Sandro Vaqneri transfer edib. Bu barədə klubun rəsmi məlumat yayıb. Bu keçid üçün "Bavariya" 13milyon avrosundan keçib. Vaqnerlə 2020-ci ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 30 yaşlı Vaqner Almaniya yığmasının üzvüdür. Forvard DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya - Azərbaycan (5:1) matçında millimizin qapısına bir qol vurub.

Xəbər lenti