Xəzər Xəbər

Qurban Qurbanov İSTEFA VERDİ, AFFA isə...

İdman | 16:02 • 21 Dekabr 2017
Qurban Qurbanov İSTEFA VERDİ, AFFA isə...

Milli komandamızın baş məşqçisi Qurban Qurbanovun AFFA İcraiyyə Komitəsinin üzvlüyündən istefası qəbul olunmayıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Qol.az-a açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

Onun sözlərinə görə, Q.Qurbanovun məsələsinə İK-in mart ayında keçirilməsi gözlənilən konfransında yenidən baxılacaq: "Qurban Qurbanov İcraiyyə Komitəsindəki işini davam etdirəcək. İstefa məsələsinə İK-in növbəti ildəki iclasında yenidən baxılacaq”.

İK üzvləri Q.Qurbanovun komitədə davam etdirməsinin uyğun sayıblar.

Qeyd edək ki, Q.Qurbanov millimizə baş məşqçi təyin olunduqdan sonra İcraiyyə Komitəsindən ayırılacağını bildirmişdi.

Xəbər lenti