Xəzər Xəbər

İqor Tudora sürpriz TƏKLİF

İdman | 13:58 • 21 Dekabr 2017
İqor Tudora sürpriz

Türkiyənin "Qalatasaray” klubundan qalmaqallı şəkildə ayrılan baş məşqçi İqor Tudora artıq təkliflər gəlməyə başlayıb.

"Antalyaspor” klubu baş məşqçini heyətinə cəlb etmək üçün ona təklif göndərib.

Prezident Ali Şafak Öztürk və baş məşqçi Leonardo Arauyonun istefasından sonra klub yeni idarə heyəti üçün hazırlıqlara başlayıb.

İlk təklif isə xorvatiyalı baş məşqçiyə göndərilib. Klubun skaut heyətində yer alan Adnan Gülek İ.Tudorla telefon görüşməsi edib. Lakin təcrübəli məşqçi təklifə heç bir cavab verməyib.

Türkiyədək karyerasına "Karabükspor” klubu ilə başlayan İqor Tudor mövsüm fasiləsində "Qalatasaray”a keçib. Super Liqada 50 matça çıxıb. Bu matçlarda 26 qalibiyyət, 6 bərabərlik, 18 məğlubiyyət qazanıb.

Xəbər lenti