Xəzər Xəbər

Mahir Mədətovun `Beşiktaş`a keçidi YALAN ÇIXDI

İdman | 13:33 • 21 Dekabr 2017
Mahir Mədətovun `Beşiktaş`a keçidi

Azərbaycanda bəzi KİV-lər və sosial şəbəkə istifadəçiləri "Qarabağ”ın və milli komandamızın hücumçusu Mahir Mədətovun Türkiyənin "Beşiktaş” klunuba transfer olunduğu barədə xəbər yayıb.

Guya, Mədətov hətta İstanbul klubu ilə müqavilə də imzalayıb.

Məsələ ilə bağlı Modern.az saytının əməkdaşı "Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxlayıb. Klub rəsmisi bildirib ki, Mahir Mədətovun "Beşiktaş”a transfer olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. "Mahir Mədətov "Beşiktaş”a transfer olunmayıb. O, futbolçu karyerasını "Qarabağ”da davam etdirəcək. Bu, şayiədir”.

Xəbər lenti