Xəzər Xəbər

Rivaldo: "Bizim vaxtımızda futbol daha çətin idi"

İdman | 18:16 • 20 Dekabr 2017
Rivaldo:

Braziliya millisinin sabiq futbolçusu Rivaldo İspaniya mətbuatına açıqlama verib.

2017-ci ildə "Qızıl top" mükafatına sahib olan Kriştiano Ronaldonun buna layiq olduğuun deyib:

"Lionel Messi dünyanın ən güclü futbolçusudur. Ancaq Ronaldo bu mükafatı haqq edirdi".

Rivaldo bildirib ki, hazırda futbolçu olsaydı, "Qızıl top" mükafatı uğrunda yarışa bilərdi:

"Mənim vaxtımda Fiqo, Totti, Del Pyero kimi böyük futbolçular var idi. İndi isə Messi və Ronaldo digər oyunçulardan fərqlidir. Hazırda futbol oynasaydım, bu iki oyunçu ilə rəqabət aparardım. Bizim vaxtımızda futbol daha çətin idi".

Qeyd edək ki, Rivaldo 1999-cu ildə "Qızıl top"a sahib çıxıb. O, 1997-2002-ci illərdə "Barselona"da çıxış edib. 45 yaşlı sabiq futbolçu 2002-ci ildə Braziliya millisinin dünya çempionu olmasında böyük pay sahibi olub.

Xəbər lenti