Xəzər Xəbər

Daha bir ulduz "söndü"

İdman | 18:10 • 20 Dekabr 2017
Daha bir ulduz "söndü"

2017-ci il həm də bir çox ulduz futbolçuların karyeralanı bitirməsilə yadda qaldı. Çexiya millisinin sabiq üzvü Tomaş Rositski də mühüm qərar verib.

Təcrübəli yarımmüdafiəçi peşəkar futbolçu karyerasını başa vurub.

37 yaşlı futbolçu karyerasını Praqa "Sparta"sında başlayıb. O, "Borussiya" və "Arsenal"da da çıxış edib. Rositskinin son klubu da "Sparta" olub. Çexiya yığmasında 105 oyun keçirən futbolçu 23 qol vurub.

Qeyd edək ki, bu il Françesko Totti, Xabi Alonso, Filipp Lam, Kaka, Andrea Pirlo, Frenk Lempard kimi futbolçular butsılarını mismardan asıblar.

Xəbər lenti