Xəzər Xəbər

"Arsenal"da Vengerin əvəzinə sürpriz namizəd

İdman | 17:38 • 20 Dekabr 2017
"Arsenal"da Vengerin əvəzinə sürpriz namizəd

Arsen Vengerin mövsümün sonunda "Arsenal"dan ayrılacağı ilə bağlı iddiaları davam edir.

Böyük Britaniya məbuatı daha öncə "topçuların" şərəfini qorumuş və kapitanlıq bazubəndini daşımışı Mikel Artetanın bu komandanın baş məşqçi postuna keçəcə biləcəyini yazıb."Daily Telegraph"ın xəbərinə görə, London klubunun rəhbərliyi gələcək planları hazırda "Mançester Siti"də Pep Qvardiolanın köməkçisi olan Mikel Artetanın üzərində qurmaq istəyir.

Qeyd edək ki, 35 yaşlı sabiq futbolçu karyerasına 2016-cı ildə son qoymuşdu. İspaniyalı yarımmüdafiəçi2011-ci ildən formasını geyindiyi "Arsenal"da 110 oyuna çıxıb.

Xəbər lenti