Xəzər Xəbər

"Mançester Yunayted"də HEYƏT DƏYİŞİR

İdman | 15:19 • 20 Dekabr 2017
"Mançester Yunayted"də

"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo komandada əsaslı dəyişikliklər etməyi planlaşdırıb.

Onun təlimatı əsasında qış transfer pəncərəsi zamanı 6 futbolçu komandadan ayrılacaq.

Bu futbolçular Deyli Blind, Matteo Darmian, Lyuk Şou, Aleks Tuanzebe, Henrix Mxitaryan və Ceyms Vilsondur. Türk klublarının transferi üçün ən çox maraqlandığı Maruan Fellaini isə siyahıda yer almayıb.

"Qırmızı şeytanlar” bu futbolçuların yerinə Qaret Beyl, Antuan Qrizmann və Məsut Özili heyətinə qatmağı düşünür./publika.az


Xəbər lenti