Xəzər Xəbər

"Çelsi"nin baş məşqçisi ÜSYAN ETDİ

İdman | 15:07 • 20 Dekabr 2017
"Çelsi"nin baş məşqçisi

İngiltərənin "Çelsi” komandasının baş məşqçisi Antonio Konte media nümayəndələrinə üsyan edib.

O, haqqında çıxan istefa iddialarının yalan olduğunu və bu xəbərlərin komandasına təsir etdiyini bildirib:

"Hər gün komandadakı gələcəyimlə bağlı fərziyyələr irəli sürülür. Bu xəbərlər doğru deyil. İki mövsümdür etdiklərimin qarşılığında bir az hörmət görmək haqqımdır. Hər gün mətbuatda "klub gələn mövsüm üçün bu və ya o məşqçi ilə görüşür” xəbərlərini oxumaq mənim üçün problem olmasa da, futbolçularıma mənfi təsir göstərir. Müqavilə üzrə daha bir ilimi burada keçirəcəm. Diqqətimi tamamilə klubu və futbolçuları inkişaf etdirməyə yönəltmişəm”.

"Çelsi”nin uğur qazanması üçün əlindən gələni edəcəyini deyən 48 yaşlı baş məşqçi komandasının yaş ortalamasını aşağı salmağa çalışdığını deyib.

Qeyd edək ki, "Çelsi” ötən mövsüm Antonio Kontenin başçılığı ilə Premyer Liqada çempionluq sevinci yaşayıb. Bu mövsüm 18 turdan sonra 38 xal qazanıb. Hazırda isə liqada lider "Mançsester Siti”dən 14 xal geridə - 3-cü pillədə qərarlaşıb./publika.az

Xəbər lenti