Xəzər Xəbər

Yaroslav Deda milliləşdirilir?

İdman | 14:12 • 20 Dekabr 2017
Yaroslav Deda milliləşdirilir?

Futbol üzrə Milli Komandamızın baş məşqçisi Qurban Qurbanov Yraoslav Dedanın milliləşdirilmisinə aydınlıq gətirib.

O, hazırda belə bir qərarın olmadığını söyləyib:

"Ancaq mən Dedanı əsas komanda ilə birlikdə qış toplantısına aparacam. Milliləşdirmə siyasətində çalışıram ki, beynəlxalq təcrübəyə əsaslanım. Çalışacam ki, komandaya fayda verən futbolçuları cəlb edim. Əgər Deda ümidlərimi doğruldarsa, qanun çərçivəsində bu məsələyə aydınlıq gətirəcəyik. Qarşımızda belə bir şərt yoxdur ki, futbolçu milliləşdirilməlidir. Beynəlxalq təcrübədə belə bir şey var ki, bir futbolçu vətəndaşı olmadığı ölkəni təmsil edə bilər"./publika.az

Xəbər lenti