Xəzər Xəbər

Mahir Mədətov "Beşiktaş"a transfer olunur? Qurban Qurbanov AÇIQLADI

İdman | 14:09 • 20 Dekabr 2017
Mahir Mədətov "Beşiktaş"a transfer olunur?

Son günlər "Qarabağ" komandasının yarımmüdafiəçisi Mahir Mədətovun Türkiyənin "Beşiktaş" klubuna transferi ilə bağlı iddialar səngimək bilmir.

Komandanın baş məşqçisi Qurban Qurbanov açıqlamasında bu iddialara aydınlıq gətirib:

"Mahir Mədətovun transferi ilə bağlı hər hansı rəsmi müraciət qəbul etməmişik. Bu məsələ gündəmimizdə deyil".

Q.Qurbanov illərdir planlaşdırılan və hələ də baş tutmayan "Beşiktaş"la yoldaşlıq oyunu məsələsinə də aydınlıq gətirib:

"Antaliyada təlim-məşq toplanışları zamanı "Beşiktaş"la yoldaşlıq oyunu keçirmək planımızda yoxdur. Çünki hazırda onların çempionat oyunları var və proqramları doludur. Azarkeşlərin istəyini nəzərə alıb, yaxın zamanda bu haqda yenidən düşünəcəyik".

Xəbər lenti