Xəzər Xəbər

Qurban Qurbanov köməkçilərinin adını açıqladı

İdman | 13:30 • 20 Dekabr 2017
Qurban Qurbanov köməkçilərinin adını açıqladı

Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov köməkçilərini müəyyənləşdirib. "Report"un məlumatına görə, bu barədə 45 yaşlı mütəxəssis keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, Elçin Rəhmanov və Çudomir Çakarov köməkçisi, Dmitri Kramarenko qapıçılarla iş üzrə məşqçi olacaq. Qurbanov əlavə köməkçilərinin olmasının da mümkünlüyünü vurğulayıb.

Xəbər lenti