Xəzər Xəbər

“Bayern” “Beşiktaş” matçı üçün heyətini gücləndirir

İdman | 18:53 • 19 Dekabr 2017
“Bayern” “Beşiktaş” matçı üçün heyətini gücləndirir

"Bayern Münhen" komandası yeni transfer etməyə hazırlaşır.

Komanda "Hoffenhaym”ın hücumçusu Sandro Vaqneri heyətinə cəlb etmək istəyir.

"Bavariya” bu transfer qarşılığmda 12 milyon avro ödməyə hazır olduğunu da bildirib. Klub futbolçunun boyunun kifayət qədər yaxşı olduğunu (1,94 m) və buna görə ona üstünlük verdiklərini qeyd edib.

Qeyd edək ki, 30 yaşlı hücumçu bu mövsüm 17 oyuna 6 qol vurub, 5 məhsuldar ötürmə edib.

"Transfermarkt” isə S.Vaqnerə 6,50 milyon avro dəyər qoyub.

Xəbər lenti