Xəzər Xəbər

"Mançester Siti"nin Pep Qvardiola planı

İdman | 17:59 • 19 Dekabr 2017
"Mançester Siti"nin Pep Qvardiola planı

"Mançester Siti" 2019-cu ildə müqaviləsi başa çatacaq baş məşqçisi Pep Qvardiolaya yeni sözləşmə təklif edib.

"Şəhərlilər" mütəxəssislə uzunmüddətli müqavilə bağlamaq istəyir. Klub rəhbərliyi komandada əzəli rəqibi - "Mançester Yunayted"in Ser Aleks Ferqusonun modulunu tətbiq etmək niyyətindədir. Yeni müqaviləyə əsasən, Qvardiola illik 20 milyon funt sterlinq qazanacaq.

Qeyd edək ki, 46 yaşlı çalışdırıcı ötən ildən "Mançester Siti"nin "sükanı arxası"ndadır.

Xəbər lenti