Xəzər Xəbər

Messi "El Klassiko"dan danışdı

İdman | 15:38 • 19 Dekabr 2017
Messi "El Klassiko"dan danışdı

"Barselona"nın ulduzu Lionel Messi ispaniya La Liqasının 17-ci turunda keçiriləcək "El-Klassiko" ilə bağlı fikirlərini bölüşüb.

L.Messi "Real" komandası ilə keçirilən oyunun onun üçün əhəmiyyətli olduğunu deyib: "Santyaqo Bernabeu"da keçiriləcək matçlar bizim üçün daha xüsusi olur. Qələbə üstünlüyümüzü artırır. Düzdür, İnyestanın dediyi kimi onlar cədvəldə ikinci pillədə deyillər, ancaq səfərdə 3 xal qazanmaq əhəmiyyətlidir. İli qələbə ilə bitirmək və bayramı xoşbəxt qeydə etmək yaxşı olar”.

Qeyd edək ki, ənənəvi şəkildə "El Klassiko” adlanan "Real" - "Barselona" matçı dekabrın 23-ü, Bakı vaxtı ilə saat 16:00-da başlanacaq./publika.az

Xəbər lenti