Xəzər Xəbər

Arda Turan “Beşiktaş”da

İdman | 14:52 • 19 Dekabr 2017
Arda Turan “Beşiktaş”da

Qış transfer dövründə "Barselona”dan ayrılacaq Arda Turan "Beşiktaş”ın prezidenti Fikret Ormanla görüşüb.

Bu barədə "Beşiktaş”ın keçmiş oyunçusu və futbol şərhçisi Sinan Engin məlumat verib. O, tərəflərin Londonda bir araya gəldiyini deyib.

"Beşiktaş” Anderson Taliskanın komandadan ayrılması ehtimalına qarşı onun yerinə Arda Turanı gətirməyi düşünür. Klub ulduz futbolçudan Çempionlar Liqası və Super Liqada faydalanmağı hədəfləyib. Təcrübəli futbolçu ilə bu təklifə müsbət cavab verib.

Futbolçunun ailəsi də "Qalatasaray”a olan küskünlüklərindən dolayı Ardanın qara qartallara qatılmasının tərəfdarıdır. Transfer baş tutarsa, Ardanın ilk 6 aylıq maaşı "Barselona” tərəfindən ödəniləcək./publika.az

Xəbər lenti