Xəzər Xəbər

Cenk Tosunun elçiləri çoxaldı VİDEO

İdman | 14:33 • 19 Dekabr 2017
Cenk Tosunun elçiləri çoxaldı

Türkiyəni Çempionlar Liqasında uğurla təmsil edən "Beşiktaş” komandasının ulduz forvardı Cenk Tosunun elçiləri gün keçdikcə artmaqdadır.

Liqanın qrup mərhələsində möhtəşəm performansı ilə diqqət çəkən futbolçuya 13 komanda transfer təklifi edib.

İngiltərə "Tottenhem” və "Everton” klubları artıq futbolçunun atası ilə görüşlər keçirib. Lakin onlar müsbət cavab ala bilməyib. C.Tosunun atası "oğlumun "Beşiktaş”la müqavilə müddəti hələ bitməyib. Bizim heç bir problemimiz yoxdur. "Beşiktaş” deyərsə, gedər, qal deyərsə, qalar. Bu işi klubla müzakirə etməlisiniz” deyib.

Eyni zamanda, "Monako” komandası da C.Tosunu heyətində görmək üçün kluba müraciət yollayıb. Prezident Fikret Orman isə transfer qarşılığında 23 milyon avro istəyib.

Transfer təklifləri göndərən komandalar arasında "Ştutqart”, "Lyon”, "Milan”, "Dortmund”, "Napoli”, "Sevilya”, "Nyukasl”, "Everton”, "Tottenhem”, "Vestham Yunayted”, "Volfsburq” və "Kristal Palas” klubları var.

Qeyd edək ki, "Transfermarkt” Cenk Tosuna 10,50 milyon avro transfer dəyəri qoyub.

Xəbər lenti