Xəzər Xəbər

"Mançester Siti"dən Qvardiolaya fantastik təklif

İdman | 15:01 • 18 Dekabr 2017
"Mançester Siti"dən Qvardiolaya fantastik təklif

"Mançester Siti" rəhbərliyi hələ uzun müddət Xosep Qvardiolanı komandada saxlamaq niyyətindədir. Bu barədə "The Telegraph" məlumat yayıb.


Xəbərə görə, Mançester təmsilçisi mütəxəssislə 80 milyon funta qədər məbləğdə uzunmüddətli müqavilə bağlamaq istəyir.


Müqavilə 4 illik nəzərdə tutulub. Beləliklə, Qvardiola klubda ilinə 20 milyon funt qazanacaq.


Qeyd edək ki, Xosep Qvardiola 2016-ci ildən "Mançester Yunayted"ə başçılıq edir. Onunla 3 illik müqavilə bağlanmışdı. /Fanat.Az

Xəbər lenti