Xəzər Xəbər

Samuel Etonun yeni klubu müəyyənləşdi

İdman | 16:43 • 13 Dekabr 2017
Samuel Etonun yeni klubu müəyyənləşdi

2,5 ildi "Antalyaspor"un formasını geyinən Samuel Eto Türkiyədən ayrılır. Super Liqa klubu ilə müqaviləsini uzatmayan kamerunlu ulduz İspaniyaya qayıdır.


ABŞ və Çin klublarından təkliflər alan Eto məşhurlaşdığı "Malyorka" klubuna keçmək qərarına gəlib. Afrikalı futbolçu bundan əvvəlki müsahibələrində karyerasını məhz bu klubda bitirmək istədiyini bildirmişdi. "Daha bir neçə il oynamağı düşünürəm. Amma karyeramı mənim üçün hər şeyin başladığı "Malyorka"da bitirmək istəyirəm. Klub rəhbərliyi bu arzumdan xəbərdardı" - deyə, Eto son müsahiblərinin birində vurğulamışdı.


Qeyd edək ki, 1996-2000-ci illərədək "Real"a məxsus olan Eto İspaniyanın "Leqanes", "Espanyol" və "Malyorka" klublarına icarəyə verilib. "Malyorka" 2000-ci ilin əvvəlində icarəyə götürdüyü futbolçunun transfer hüququnu həmin yay 4,5 milyon avroya alıb. Bu klubun heyətində 139 La Liqa oyununa çıxan hücumçu 54 qol vurub. "Malyorka" 2004-cü ildə onu 27 milyon avroya "Barselona"ya satıb. 5 il sonra 20 milyon avroya "İnter"ə keçən kamerunlu ulduz 2011-ci ildə 27 milyon avro qarşılığında "Anji"yə transfer olunub. Rusiyadan sonra "Çelsi", "Everton" və "Sampdoriya"da çıxış edən forvard 2015-ci ilin yayında transfer olunduğu "Antalyaspor"un heyətində keçirdiyi 76 rəsmi oyunda 44 qola imza atıb.

Xəbər lenti