Xəzər Xəbər

Messi gözünü Dünya Kubokuna dikib

İdman | 15:54 • 13 Dekabr 2017
Messi gözünü Dünya Kubokuna dikib

Argentinalı futbolçu Lionel Messi FİFA-nın internet saytına verdiyi açıqlamada Dünya Kuboku təsnifatında gözləmədikləri, ya da layiq olmadıqları bəzi nəticələrlə üzləşdiklərini bildirib.

Komanda olaraq inkişafa davam etdiklərini söyləyən Müssi, "2018 Dünya Kuboku üçün Rusiyaya gedəndə daha yaxşı vəziyyətdə olacağıq. Milli komanda olaraq daha çox dəyişiklik edəcəyik", - deyib.

Argentina Milli Komandasının baş məşqçisi Jorge Sampaolinin onunla bağlı dediyi "futbol Messiyə Dünya Kuboku borcludur" sözlərini şərh edən Messi, "bəli bunu eşitdim. Mənə də dedi ki, ümid edirəm, futbol nəhayət borcunu ödəyəcək", - söyləyib.

Messi 30 yaşında istədiyi yerdə olub olmaması ilə bağlı suala cavab kimi bildirib ki, şəxsi və futbol həyatında xoşbəxtdir.

Dünya Kuboku Cənubi Amerika Mərhələsində komandalar arasındakı səviyyənin təxminən eyni olduğunu vurğulayan Messi, "Rusiyaya getməmək həm mən, həm də milli komanda üçün böyük zərbə olardı. Bunu necə qəbul edərdim, bilmirəm", - deyib.

Çilinin Dünya Kubokuna gedə bilməməyi barədə də danışan argentinalı futbolçu, "hamı kimi mənim üçün də sürpriz oldu. Yaxşı heyətə malik böyük bir komandadır. Son iki "Copa America"nı qazanıb. Bu da Cənubi Amerika təsnifat mərhələsinin nə qədər çətin olduğunu göstərir", - deyə bildirib./FaktXəbər

Xəbər lenti

Çox oxunanlar