Xəzər Xəbər

Qurban Qurbanov milli üçün ilk rəqibi seçdi

İdman | 15:44 • 11 Dekabr 2017
Qurban Qurbanov milli üçün ilk rəqibi seçdi

Milli komandamızın yoldaşlıq oyunu keçirəcəyi rəqibi müəyyələşib.

XəzərXəbər AFFA-nın saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız 2018-ci il fevralın 2-də Gürcüstanla qarşılaşacaq. Oyun Türkiyənin Antalya şəhərində təşkil olunacaq.

Qeyd edək ki, bu, Q.Qurbanovun millinin baş məşqçisi vəzifəsində ilk oyunu olacaq.

Xəbər lenti