Xəzər Xəbər

Dortmund “Borussiya”sında baş məşqçi dəyişdi

İdman | 14:13 • 11 Dekabr 2017
Dortmund “Borussiya”sında baş məşqçi dəyişdi

Dortmund "Borussiya”sının baş məşqçisi Peter Boş bu gün istefaya göndərilib.

Buna səbəb dortmundluların uğursuz çıxışıdır. Artıq Dortmund klubunun yeni baş məşqçisinin kimliyi də məlumdur. Belə ki, komandanı bundan sonra Peter Stoger çalışdıracaq. Onunla rəsmi müqavilə imzalanıb. Stoger "Borussiya"dan əvvəl "Köln"də çalışıb.

İstefaya göndərilən 54 yaşlı Boş komandaya bu ilin yayından rəhbərlik edirdi.

Xəbər lenti