Xəzər Xəbər

Ramil Şeydayev "Trabzonspor"a qayıdır? AÇIQLAMA

İdman | 14:55 • 9 Dekabr 2017
Ramil Şeydayev "Trabzonspor"a qayıdır?

"Hazırda "Trabzonspor"a qayıdış perspektivim barədə nəsə demək çətindir. Çünki bütün fikrim "Qarabağ"dadır. Qol vurmaq istəyirəm. Yalnız bu barədə düşünürəm". Bu sözləri "Qarabağ"da çıxış edən Ramil Şeydayev deyib.


Ramil müqavilə ilə Türkiyənin "Trabzonspor" klubuna məxsus olsa da, icarə əsasında "Qarabağ"da çıxış edir. Türkiyəyə dönüb-dönməyəcəyini bilməyən futbolçu klubu çağırsa, geri qaydacağını bildirib: "Hazırda bu qədər uzağa baxmıram. Çünki hələ 1 il də burada ola bilərəm. Necə olacağını demək çətindi. "Trabzonspor"la isə müqaviləm var. Onlar qayıtmağımı istəsələr, Türkiyəyə dönməli olacağam. Qayıtmağımı istəmələri mənim onlara lazım olmağım, bunu bacaracağım anlamına gəlir".


Ramil mətbuatda onunla İngiltərənin "Vest Hem" və İtaliyanın "Napoli"klublarının maraqlanması ilə bağlı xəbərlərə qısa reaksiya verib: "Bilmirəm. Hələ heç nə məlum deyil"./Fanat.Az

Xəbər lenti