Xəzər Xəbər

Avropa Liqasında səbətlər müəyyənləşdi

İdman | 12:19 • 9 Dekabr 2017
Avropa Liqasında səbətlər müəyyənləşdi

Avropa Liqasının 1/16 final mərhələsinin püşkatması üçün səbətlər müəyyənləşib.

1/16 finalda qrup mərhələsini ilk iki pillədə bitirmiş 24 komanda ilə yanaşı, Çempionlar Liqasında qrup üçüncüsü olmuş 8 klub da çıxış edəcək.

Dekabrın 11-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Püşkatmada komandalar səbətlərə aşağıdakı kimi bölünüb:

Səpələnmişlər: "Milan” (İtaliya), "Arsenal” (İngiltərə), "Atalanta” (İtaliya), "Atletik” (İspaniya), "Atletiko” (İspaniya), "Braqa” (Portuqaliya), ÇSKA (Moskva, Rusiya), "Dinamo” (Kiyev, Ukrayna), "Latsio” (İtaliya), "Leyptsiq” (Almaniya), "Lokomotiv” (Moskva, Rusiya), "Viktoriya” (Çexiya), "Zalsburq” (Avstriya), "Sportinq” (Portuqaliya), "Vilyarreal” (İspaniya), "Zenit” (Rusiya).

Səpələnməmişlər: AEK (Yunanıstan), "Astana” (Qazaxıstan), "Seltik” (Şotlandiya), "Srvena Zvezda” (Serbiya), "Borussiya” (Dortmund, Almaniya), "Styaua” (Rumıniya), "Kopenhagen” (Danimarka), "Ludoqorets” (Bolqarıstan), "Olimpik” (Lion, Fransa), "Olimpik” (Marsel, Fransa), "Napoli” (İtaliya), "Nitsa” (Fransa), "Ostersun” (İsveç), "Partizan” (Serbiya), "Real Sosyedad” (İspaniya), "Spartak” (Moskva, Rusiya).

Xəbər lenti