Xəzər Xəbər

"Real" türk futbolçunu transfer edir İDDİA

İdman | 17:05 • 8 Dekabr 2017
"Real" türk futbolçunu transfer edir

"Beşiktaş"ın və Türkiyə millisinin üzvü Cenk Tosunla bağlı daha bir xəbər yayılıb. İspaniyanın AS qəzeti xəbər verir ki, türk futbolçu "Real"ın maraq dairəsinə düşüb.


Xəbərdə bildirilir ki, baş məşqçi Zinəddin Zidan bir müddətdi Cenki izləyir və artıq transferinə icazə verib. "Real" uzun müddətdi Kərim Benzemaya alternativ axtarır. Cenk artıq son zərbələri və yüksək futbol bilgisi ilə Zidanın diqqətini çəkə bilib" deyə AS-ın xəbərində qeyd olunur.


Qəzet "Real"ın qış fasiləsində rəsmi təkliflə "Beşiktaş"a müraciət edə biləcəyini yazıb. Həmçinin qeyd olunur ki, adı bir müddətdi "Nyukasl" və "Kristal Palas"la yanaşı çəkilən Cenk "Real"dan gələcək təklifə "yox" deməyəcək./fanat.az

Xəbər lenti