Xəzər Xəbər

"Qalatasaray" 2 dünya ulduzu transfer edir

İdman | 16:55 • 8 Dekabr 2017
"Qalatasaray" 2 dünya ulduzu transfer edir

"Qalatasaray"ın prezidenti Dursun Özbək, idman direktoru Cenk Ergün və baş məşqçi İqor Tudor arasında görüş keçirilib. Görüşdən sonra klub rəhbərliyi iki ulduz futbolçunun transferi üçün hərəkətə keçib.


Sol cinahda köklü dəyişikliklər etmək istəyən "Qalatasaray" müdafiənin cinahına "Ateliko"dan Filipe Luisi transfer etmək istəyir. Sol cinah hücumçusu kimi isə "Şalke 04"dən Yevgeni Konoplyankanın alınması nəzərdə tutulub.


"Şalke 04"ün ukraynalı futbolçu üçün tələb etdiyi transfer məbləği bəlli deyil. Amma "Atletiko"nun braziliyalı müdafiəçisi üçün 4,5 milyon avro istədiyi deyilir.


Qeyd edək ki, "Atletiko" Felipe Luisi 2015-ci ildə "Çelsi"dən 16 milyon avroya transfer edib. Yevgeni Konoplyanka isə bu yay "Sevilya"dan "Şalke 04"ə 12,5 milyon avroya keçib./Fanat.Az

Xəbər lenti