Xəzər Xəbər

Arda Turan Türkiyədə görün hansı kluba keçir

İdman | 16:52 • 8 Dekabr 2017
Arda Turan Türkiyədə görün hansı kluba keçir

Arda Turanla bağlı şok iddia səslənib.


"Barselona"dan ayrılacağı gözlənilən futbolçunun Türkiyəyə dönəcəyi iddia olunub.


Lakin gözlənildiyi kimi "Qalatasaray"a yox, "Başakşəhər"ə keçəcək. Futbolçunun meneceri Ahmet Bulut "Beşiktaş" - "Qalatasaray" matçını izləyərək Arda üçün təkliflər aldıqlarını və transferin 15 gün ərzində yekunlaşacağını bildirmişdi. İddia olunur ki, Ahmet Bulutun Türkiyədə danışıqlar apardığı klub "Başakhəhər"di. Tərəflər arasında baş tutan ilk görüş uğurla başa çatıb. Bildirilir ki, Super Liqa klubu Yeni ilə qədər transferi rəsmən açıqlayacaq./fanat.az

Xəbər lenti