Xəzər Xəbər

"Qəbələ"nin hücumçusu Türkiyə klubunun hədəfində

İdman | 16:12 • 8 Dekabr 2017
"Qəbələ"nin hücumçusu Türkiyə klubunun hədəfində

Türkiyə 1-ci liqasında mübarizə aparan "Samsunspor” Super Liqa təmsilçisi "Göztəpə"nin "Qəbələ”yə icarəyə göndərdiyi Famussa Koneni heyətinə qatmaq istəyir.

Bu barədə qardaş ölkə mətbuatı yazıb. Malili forvard ötən mövsüm icarə əsasında Samsun klubunda top qovmuşdu. Bu mövsümün əvvəlində 300 min lirə (131 min manat) maaş istədiyi üçün "Samsunspor" Konedən imtina etmişdi. 23 yaşlı hücumçunun əvəzinə transfer edilən oyunçuların özünü doğrultmaması Samsun klubunun rəhbərliyini narahat edir. Bu səbəbdən I Liqa təmsilçisi "Göztəpə"nin qapısını döyəcək.

Qeyd edək ki, Kone Topaz Premyer Liqasında 9 oyunda 5 qol vurub.

Xəbər lenti

Çox oxunanlar