Xəzər Xəbər

UEFA-dan Azərbaycan və Ermənistan milliləri ilə bağlı QƏRAR

İdman | 13:58 • 8 Dekabr 2017
UEFA-dan Azərbaycan və Ermənistan milliləri ilə bağlı

UEFA İcraiyyə Komitəsinin iclasında Azərbaycan və Ermənistan milliləri ilə bağlı qərar qəbul edilib.

UEFA prezidenti Aleksandr Çeferin 2020-ci il Avropa çempionatının seçmə mərhələsi və Millətlər Liqasının püşkatma mərasimlərində Azərbaycan və Ermənistan təmsilçilərinin ayrı-ayrı qruplara salınacağını deyib.

Çeferin bildirib ki, eyni qayda münasibətləri gərgin olan Rusiya və Ukrayna təmsilçilərinə də şamil olunacaq.

Qeyd edək ki, AÇ 2020-nin püşkatma mərasimi 2018-ci ilin dekabr ayında İrlandiyanın paytaxtı Dublində olacaq. Qitə birinciliyinin final mərhələsinin oyunları 12 şəhərdə keçiriləcək. Şəhərlərin siyahısına paytaxt Bakı da daxildir./publika.az

Xəbər lenti