Xəzər Xəbər

Fatih Terimə təklif var

İdman | 16:15 • 6 Dekabr 2017
Fatih Terimə

Bosniya və Herseqovina Futbol Federasiyası milli komandanı Fatih Terimə tapşırmaq istəyir. Robert Prosineçki ilə anlaşa bilməyən bosniyalılar türk mütəxəssisə üz tutub.


Tərəflər bir vaxtlar "Qalatasaray"ın formasını geyinmiş veteran futbolçu Tarık Hodziçin vasitəçiliyi ilə danışıqlara başlayıb. Bu barədə Anadolu Agentliyinə veteran futbolçu özü məlumat verib.


Tar?k Hodziç bildirib ki, Bosniya və Hersoeqovina Fetbol Federasiyasının görüş istəyini Fatih Terimə çatdırıb. Onun sözlərinə görə, sabah günortadan sonra tərəflər arasında görüş keçiriləcək və qərar veriləcək.


Qeyd edək ki, Bosniya və Herseqovina Futbol Federasiyası bundan əvvəl baş məşqçi postunu millimizdən ayrılan Robert Prosineçkiyə təklif etmişdi. Lakin tərəflər maliyyə məsələlərində anlaşa bilməmişdi.


Onu da qeyd edək ki, Bosniya və Herseqovina millisində "Qarabağ"ın qapıçısı İbrahim Şehiç çıxış edir.

Xəbər lenti