Xəzər Xəbər

"Qalatasaray" baş məşqçisi ilə bağlı qərarını açıqladı RƏSMİ

İdman | 16:11 • 6 Dekabr 2017
"Qalatasaray" baş məşqçisi ilə bağlı qərarını açıqladı

Bu gün "Qalatasaray"ın İdarə Heyətinin iclası keçirilib. Toplantıdan sonra prezident Dursun Özbək mətbuata açıqlama verib.


Klub rəhbəri baş məşqçi İqor Tudorun istefaya göndərilməyəcəyini bildirib: "Uğursuz nəticələr həm bizi, həm də azarkeşləri məyus etdi. Görməli olduğumuz iş səhvləri müəyyənləşdirmək və performansımızı yüksəldəcək addımların atılmasıdı. Məşqçilər korpusunun səhvi varsa, diqqətə alıb yolumuza davam edəcəyik. Hər hansı məşqçi dəyişikliyi müzakirə mövzusu deyil. Mövsümün əvvəlindəki performansımızı bərpa etməyə çalışacağıq".


Qeyd edək ki, "Beşiktaş"a 0:3 hesablı məğlubiyyətdən sonra "Qalatasaray" rəhbərliyinin İqor Tudoru istefaya göndərəcəyi və Fatih Terimi geri qaytaracatı ilə bağlı xəbərlər yayılmışdı.

Xəbər lenti