Xəzər Xəbər

Messi 100 milyonluq təklifə “YOX” deyib?

İdman | 14:32 • 6 Dekabr 2017
Messi 100 milyonluq təklifə

"Barselona”nın və Argentina millisinin üzvü Lionel Messi "Mançester Siti”nin böyük məbləğdə olan təklifindən imtina edib.

Bu barədə məlumatı İspaniyanın "Marka” nəşri yayıb. Xəbərdə "şəhərlilər”in Messiyə birbaşa 100 milyon, illik 50 milyon avro dəyərində müqavilə təklif etdiyi, lakin argentinalı hücumçunun bu təklifə "yox” cavabı verdiyi qeyd edilib.

Xatırladaq ki, Messi bu yaxınlarda "Barselona” ilə müqavilə müddətini 2021-ci ilədək uzadıb. Yeni müqaviləyə əsasən, Leo "Barsa”da ilinə 43 milyon avro maaş alacaq.

Xəbər lenti