"Neftçi” klubu oyunların
idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə futbola aid
hər bir məşğuliyyət ömürlük uzaqlaşdırılan məşqçi-metodisti Agakişi
Mehdizadəni vəzifəsindən azad edib.
XəzərXəbər klubun rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar
yayımlanan bəyanatda bildirilir ki, son günlər haqlı olaraq böyük
narazılıqla qarşılanan Topaz Premyer Liqasının bəzi oyunlarının
nəticələrinin manipulyasiya edilməsi ilə bağlı hadisələrdə "Neftçi”nin
də adı hallandırıldığından klub rəhbərliyi tərəfindən daxili araşdırma
aparılıb:
"Xüsusən, AFFA-nın İntizam Komitəsinin 01.12.2017-ci il
tarixdə keçirilən iclasında çıxarılan qərardan sonra buna çox ciddi
zərurət yarandı. Araşdırma nəticəsində komandamızın məşqçi-metodisti
Agakişi Mehdizadənin oyunların idman nəticəsinin manipulyasiyasında
iştirakı müəyyən olunub. O, verdiyi yazılı izahatda özünü təqsirli
bilərək prosesdə fərdi xarakterli iştirakını etiraf edib. Bu səbəbdən
məşqçi–metodist Agakişi Mehdizadə dərhal tutdugu vəzifədən azad olunub.
Qeyd edək ki, Ağakişi Mehdizadə əvvəllər "İnter" Peşəkar İdman Klubunda
(hazırki "Keşlə") məşqçi-metodist vəzifəsində çalışıb. Araşdıma zamanı
topladığımız materiallar isə aidiyyatı üzrə AFFA-ya göndərilib. "Neftçi”
PFK olaraq bir daha bəyan edirik ki, idman oyunlarının nəticələrini
manipulyasiya edənləri şiddətlə qınayırıq və bu cür qanunazidd halların
qarşısının alınması üçün mübarizə aparan bütün qurumlara dəstək verməyə
hazırıq”.
Qeyd edək ki, AFFA İntizam Komitəsinin qərarı ilə
A.Mehdizadəyə oyunların idman nəticəsinin manipulyasiyasında fərdi
iştirakına görə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.