Xəzər Xəbər

Mourinyo 1 milyona alınan futbolçunu 60 milyona transfer edir

İdman | 16:33 • 5 Dekabr 2017
Mourinyo 1 milyona alınan futbolçunu 60 milyona transfer edir

"Mançester Yunayted" transfer çalışmalarını sürətləndirib. Preymer Liqa klubu baş məşqçi Joze Mourinyonun istəyi ilə "Tottenhem"dən Danni Rosenin transferi üçün hərəkətə keçib.


Portuqaliyalı mütəxəssis yayda da bu futbolçunun transferini istəmişdi. Amma həmin vaxt Kile Valkeri "Mançester Siti"yə çatan "Tottenmeh" azarkeşlərin etirazı ilə qarşılaşmamaq üçün bu keçidə razılıq verməmişdi.


"Mançester Yunayted"in qışda bu transferi reallaşdıracağı bildirilir. Düzdü, "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino Danninin gedişini istəmir. Amma "qırmızı şeytanlar"ın təklif etdiyi 60 milyon avroluq təklif "Tottenmeh" rəhbərliyinin geri addım atmasına səbəb ola bilər.


Qeyd edək ki, "Tottenhem" 27 yaşlı müdafiəçini 2007-ci ildə "Lids"dən 1 milyon avroya alıb./fanat.az

Xəbər lenti