Xəzər Xəbər

Rəşad Sadıqov: Hazırda Azərbaycanda futbol populyarlığın ən yüksək səviyyəsindədir

İdman | 13:26 • 5 Dekabr 2017
Rəşad Sadıqov:

"Qarabağ” futbol klubunun kapitanı Rəşad Sadıqov UEFA-nın rəsmi saytına verdiyi müsahibəsində komandanın azarkeşləri və Azərbaycanda futbola olan maraq barədə fikirlərini bölüşüb.

Rəşad Sadıqov daha sonra bunları bildirib: "Düşünürəm ki, hazırda Azərbaycanda futbol populyarlığın ən yüksək səviyyəsindədir. Əlbəttə keçmiş SSRİ vaxtı "Neftçi” komandasının yüksəliş dövrü ilə bunu müqayisə edə bilmərəm, çünki həmin vaxtlar hətta ölkə çempionatının oyunlarına çoxlu azarkeş gəlirdi. Yeni tariximizdə isə futbol heç vaxt belə populyar olmayıb. "Qarabağ”ın azarkeşlərinə gəlincə deyə bilərəm ki, havadan da, oyunun nəticəsindən də asılı olmayaraq onlar həmişə komandanın yanındadır və bizi dəstəkləyirlər. Bizim aramızda bağlılıq var, hisslər var, biz bir-birimizə doğma insanlarıq. Futbolçularımız azarkeşlərin çoxu ilə şəxsən tanışdırlar, daim ünsiyyətdədirlər. Avropa Liqasının, Çempionlar Liqasının oyunları zamanı stadionda ab-hava həqiqətən xüsusi olur. Bunu bizim legionerlərimiz də, bizimlə oyuna gələn komandalar da bilir. Azarkeşlərimiz stadionda əla ab-hava yaratmaqla rəqiblərimizə təzyiq göstərirlər”.

Xəbər lenti